Toyda karantini pozan iki nəfər cərimələnib

Xəbər - Samir Əli – Trend:

Yanvarın 19-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 55 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, monitorinq 54 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

12 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Teqlər: