Toyda karantin qaydalarını pozan daha 3 nəfər cərimələndi

Xəbər - Samir Əli – Trend:

Fevralın 14-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi
Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində
174 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
monitorinq 172 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən
şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində
xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər
İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə
əsasən cərimə olunub.


54 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə
buraxılmayıb.

Teqlər: