İki gün öncə Bakıda toy məclislərinin birində fonoqramla ifa etdiyi üçün döyülərək xəstəxanalıq edilən müğənni Kərim Abbasov paylaşımı ilə gündəmə gəlib.
AzerTimes xəbər verir ki, o, İnstaqram səhifəsində canlı ifa etdiyi görüntüləri izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, hadisə sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Müğənninin fonoqram ifa etməsi məclis sahibinin narazılığına səbəb olub, bundan sonra tərəflər arasında mübahisə yaranıb. Daha sonra ifaçı Bakıda özəl xəstəxanalardan birinə müraciət edib.
Tərəflərin ərizə və izahatları alınıb, xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Həmin görüntüləri təqdim edirik: