Ağcabədidə toy karvanında avtoxuliqanlıq edərək digər yol-hərəkəti iştirakçılarının həyatına təhlükə yaradan sürücü inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini Fərhad Abdullayev istifadəsində olan VAZ-2106 markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edib.
Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həmin sürücü müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.