Artıq bir aydan çoxdur ki, Tovuzla sərhəddəki Ermənistan ərazisində yeni Rusiya hərbi bazasının fəal şəkildə inşası aparılır.
AzerTimes xəbər verir ki, bu barədə “Caliber”in Yutub kanalında yayımlanan yeni süjetdə bildirilib.
“Ermənistan KİV-də yayılan məlumatlara görə, söhbət hələ SSRİ zamanı YAK-40 təyyarələri üçün uçuş-eniş zolağının yerləşdiyi dövlətə məxsus ərazidən gedir. Yerli sakinlərin sözlərinə görə, tikinti işlərinə rəhbərlik edənlər arasında rusiyalılar da var. Bu isə onu deməyə əsas verir ki, yeni obyekt məhz Rusiya tərəfinin hərbi ehtiyaclarını ödəmək məqsədilə inşa olunur”, – deyə videomaterialda qeyd olunur.
Bəs görəsən, yeni hərbi obyektin tikintisi hansı məqsəd və hədəflər üçün nəzərdə tutulub?
Daha ətraflı süjetdə: