Xəbər - Samir Əli – Trend:
Tovuz rayonunda ruhi xəstə atasını güllələyərk qətlə
yetirib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Tovuz
Rayon Polis Şöbəsinə fevralın 14-də Hunanlar kəndində yaşayan ruhi
xəstə C.Əliyevin evində münaqişə zəminində odlu silahdan açdığı
atəşlə atası 75 yaşlı Qaməti öldürməsi barədə daxil olmuş məlumatla
əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları
tərəfindən müvafiq tədbirlər görülüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
nəticəsində C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa
təhvil verilib. Ondan cinayətin aləti olan qanunsuz saxladığı
“Vinçester” markalı silah götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam
öldürmə) ilə cinayət işi başlanıb.