Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 64 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisində olan əşyalar 60 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.