Tovuzda karantini pozan şadlıq evinin rəhbərliyi cərimələnib

Xəbər - Samir Əli – Trend:

Tovuzda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Şah Əsəri” şadlıq sarayında təşkil edilən toy mərasimində 150 nəfərədən artıq qonaq iştirak etməsi və bir neçə mərasim iştirakçısının COVİD-19 pasportunun olmaması müəyyən olunub. Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat, inzibatçısısı isə 400 manat məbləğində cərimə olunub.


Bundan başqa RPŞ əməkdaşları əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Düz Qırıqlı, İbrahimhacılı və Əyyublu karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.

Teqlər: