Tovuz şəhərində fərdi evə ildırım düşüb, evin dam örütüyündə yanğın baş verib.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Tovuz şəhər Eldəniz Quliyev küçəsində qeydə alınıb.
Tovuz rayon sakini, 1974-cü il təvəllüdü Elnur Bağırova məxsus ümumi sahəsi 140 kvadratmetr olan, 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi evə düşən ildırım nəticəsində evin dam örtüyündə yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN+) Tovuz rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşınları və 13 nəfər canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.