Tovuzda bir neçə yoldakı məhdudiyyətlərlə bağlı məlumat

Tovuzda bir neçə yoldakı məhdudiyyətlərlə bağlı məlumat

Tovuz rayonunda yağan intensiv leysan yağışları nəticəsində rayonun yol infrastrukturuna ziyan dəyib, bəzi yollarda nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzerTimes-a bildirilib ki, rayon ərazisində Tovuz-Böyük Qışlaq-Qaralar (Əsrik kəndi ərazisində), Tovuz-Qovlar-Ağbaşlar və Sarıtala-Çobansıxnaq avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb, suötürücü borulara ziyan dəyib.

Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “26 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Qeyd edək ki, sözügedən yollar nəzarətdə saxlanılır.

Teqlər: