Tovuzda avtomobil yandı: xəsarət alan var

Tovuzda avtomobil yandı: xəsarət alan var

Tovuzda minik avtomobili yanıb, sürücüsü xəsarət alıb.

AzerTimes xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan VAZ 2107 minik maşını qəfildən yanıb. Dərhal hadisə yerinə FHN-nin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Avtomobildəki yanğın söndürülüb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Sürücü Tovuz rayon Mərkəzi Xəstəxanası yerləşdirilib.

Yanğın baş vermə səbəbləri araşdırılır.

Teqlər: