Tovuzda ağır qəza: ölü və yaralı var

Tovuzda ağır qəza: ölü və yaralı var

Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonunun Əlimərdanlı kənd ərazisindən keçən hissəsində baş verib.

Körpü üzərində iki avtomobilin toqquşması nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib, daha bir nəfər isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti orta ağır qiymətləndirilir. Hər ikisinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: