Tovuzda 4 qol vuruldu, qalib müəyyənləşmədi

Tovuzda 4 qol vuruldu, qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasının X turunda daha bir oyun keçirilib.

AzerTimes xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Səbail”i qəbul edib. Tovuz şəhər stadionunda oynanılan matç 2:2 hesabı ilə başa çatıb.

Tovuz təmsilçisinin heyətində Runi Eva və Okebuqvu Henri fərqləniblər. Rəqib komandanın qollarını isə Franko Mazurek və Ağabala Ramazanov vurublar.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran “Turan Tovuz” turnir cədvəlində 6-cı pillədəki mövqeyini qoruyub. Doqquz xalı olan “Səbail” isə 7-cidir.

Günün ikinci qarşılaşmasında “Sabah” klubu “Zirə”ni qəbul edəcək.

Qeyd edək ki, turun açılış oyununda “Şamaxı” evdə “Qəbələ” ilə heç-heçə edib – 1:1. Tura oktyabrın 16-da keçiriləcək “Kəpəz” – “Neftçi” və “Qarabağ” – “Sumqayıt” matçları ilə yekun vurulacaq.

Teqlər: