Tovuzda 24 yaşlı qız hamamda boğulub öldü

Xəbər - Samir Əli – Trend:

Tovuz rayonunda gənc qız dəm qazından boğulub.

AzerTimes-ın məlumatına görə, hadisə fevralın 2-də axşam saatlarında baş verib.

Rayon sakini, 1998-ci il təvəllüdlü Qasımova Leyla Asif qızı yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından boğulub.


L.Qasımovanın meyiti bir müddətdən sonra hamamdan tapılıb. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: