Tovuzda 21 yaşlı qadın doğuşdan sonra öldü

Tovuzda 21 yaşlı qadın doğuşdan sonra öldü

Tovuz rayonunda gənc qadın doğuşdan sonra xəstəxanada ölüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, iyunun 14-də rayon sakini, 2002-ci il təvəllüdlü Aygün Nəcəfova doğuş üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Qadın oğlan uşağı dünyaya gətirib. Doğuşdan 1 gün sonra isə A.Nəcəfova xəstəxanada vəfat edib.

Onun dünyaya gətirdiyi uşağın sağlıq durumu normaldır.

Hazırda qadının ölüm səbəbi isə araşdırılır.

Teqlər: