Tovuzda 10 yaşlı qızın qətlində təqsirləndirilən şəxsin məhkəməsi başladı

Xəbər - Samir Əli – Trend:

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən kənd sakini İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzerTimes-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı iyunun 1-nə təyin edilib. Xatırladaq ki, Süleymanov İlkin İbrahim oğlu Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinib.

Teqlər: