Tovuz rayonunda evdə yanğın baş verib

Tovuz rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Qazıqulu kəndində ümumi sahəsi 240 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 30 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 20 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: