Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat
22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli
yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun
Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən
mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə
atəşə tutub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ordumuzun qeyd olunan
istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər
görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika
baxımından itki yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti
bölmələrimizin tam nəzarəti altındadır.