Totti futbolla vidalaşdı

Totti futbolla vidalaşdı

İtalyan futbolçu Françesko Totti karyerasına son qoyub.

Kapitanı olduğu “Roma” futbol klubuna vida edən futbolçunu azarkeşlər və komanda yoldaşları göz yaşları içərisində yola salıb.

Totti FİFA-nın “Dünyanın ən yaxşı 125 futbolçusu” siyahısında yer alır. 2 dəfə İtaliya milli futbol çempionatında ilin futbolçusu, 5 dəfə isə ilin italyan futbolçusu seçilib.

İtaliya milli futbol çempionatı tarixində ən çox qol vuran futbolçular sırasında 215 qol ilə 5-ci sıradadır. UEFA Çempionlar Liqasında və UEFA Avropa Kubokunda toplam 270 qol vurmuş və 143 qola assistentlik etmişdir. 2011-ci ildə Kriştiano Ronaldo, Ueyn Runi kimi futbolçuları qabaqlayaraq Avropanın ən yaxşı futbolçusu seçilmişdi.