“Tottenhem” Avropa Liqasında mübarizəni dayandırıb, “Arsenal”, “Qranada” və “Roma” 1/4 finala çıxıblar

İngiltərənin “Tottenhem” komandası Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Zaqrebin (Xorvatiya) “Dinamo”suna 0:3 hesabı ilə məğlub olub.

AzerTimes-ın məlumatına görə, oyun Zaqrebdə boş tribunalarla keçirilib.

Qolları 62, 83 və 106-cı dəqiqələrdə Mirslav Orşiç vurub. Xatırladaq ki,Londonda keçirilən ilk görüş 2:0 hesabı ilə “Tottenhem”in xeyrinə başa çatıb.

Turnirin 1/4 final mərhələsinin püşkatma mərasimi 19 mart tarixində baş tutacaq. Final Polşanın Qdansk şəhərində 26 mayda keçiriləcək. Avropa Liqasının hazırkı qalibi İspaniyanın “Sevilya” klubudur.

Daha əvvəl UEFA Avropa Liqasında 1/4 final mərhələsinin 3 iştirakçısı bəlli olub. Bunlar İngiltərənin “Arsenal”, İspaniyanın “Qranada” və İtaliyanın “Roma” klublarıdır.

Teqlər: