Rusiyanın yanacaq-energetika kompleksinin ən böyük xarici
investorlarından biri olan Fransanın “TotalEnergies” şirkəti Rusiya
neft və neft məhsullarını almamaq, həmçinin Arctic LNG 2 layihəsinə
investisiyaları dayandırmaq qərarına gəlib.
Trend xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında
yerləşdirilmiş bəyanatda deyilir.
“Ukraynada vəziyyətin pisləşməsini və Avropaya alternativ
tədarük mənbələrinin mövcudluğunu nəzərə alaraq, “TotalEnergies”
birtərəfli qaydada Rusiya neft və neft məhsullarının alınması üçün
müqavilələr bağlamamaq və ya yeniləməmək qərarına gəlib”, –
bəyanatda qeyd olunur.
Vurğulanır ki, müvafiq qərar mümkün qədər tez, 2022-ci ilin
sonundan gec olmayaraq Rusiya neft və neft məhsullarını almağı
dayandırmaq məqsədi ilə qəbul edilib.