“TotalEnergies” İraqın energetikasına 27 milyard dollar investisiya yatıracaq

Fransanın “TotalEnergies” korporasiyası və İraq hakimiyyəti neft və qaz hasilatına, həmçinin İraqda günəş enerjisinin inkişafına 27 milyard dollar investisiyanın yatırılması barədə müqavilə imzalayıblar.

AzerTimes-ın məlumatına görə, bu barədə İraqın neft naziri İhsan Abdel Caberə istinadən “Agence France-Presse” agentliyi xəbər yayıb.

Nazir bildirib: “Bu, bir Qərb şirkətinin İraqa ən böyük investisiyasıdır”.

“TotalEnergies” korporasiyası müqaviləni şərh etməkdən imtina edib.

Agentliyin mənbəsinin sözlərinə görə, “TotalEnergies” korporasiyası ilə imzalanan müqavilə 4 layihəni – dəniz sularının neft yataqlarına çatdırılması, ölkənin cənubunda günəş panellərinin quraşdırılması, həmçinin qaz hasilatı və istismarı üzrə layihələri əhatə edir.

Teqlər: