“Torqovı”nun bağlı qalan obyektləri açılış gününü gözləyir (FOTO)

Dekabrın 14-dən etibarən ictimai iaşə obyektlərində yerində xidmət dayandırılıb.

AzerTimes-ın məlumatına görə, Operativ Qərargahın karantin rejiminin növbəti dəfə yumşaldılması ilə fevralın 1-dən etibarən ictimai iaşə obyektlərində yerində fəaliyyət bərpa olunur. Qərara əsasən kafe və restoranlar 06:00-dan 00:00-dək yerində xidmətlər göstərə biləcəklər.

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.


“Nizami” küçəsindəən çəkilmiş görüntüləri təqdim edirik:

Foto: Zaur Mustafayev

Teqlər: