Xəbər - Trend
Azərbaycanın 30 il ərzində erməni işğalı altında olan
torpaqlarının minalarla çirkləndirilməsi beynəlxalq müstəvidə
qiymətləndirilməlidir.
Bunu AzerTimes-ın sualına cavabında hərbi ekspert Ruslan İmanquliyev
deyib.
Onun sözlərinə görə, torpaqlarımızı minalardan təmizləmək üçün
beynəlxalq təşkilatlar ölkəmizə maddi və mütəxəssis yardımları
etməyə hazır olmalıdırlar.
“Görünən odur ki, torpaqlarımızın minalardan təmizlənməsi üçün
xarici təşkilatlar ciddi dəstək göstərmirlər.
Lakin görürük ki, hazırda Ukraynada gedən müharibəyə bəzi qərb
dövlətlərinin ciddi dəstəyi var. Düşünürəm ki, orda baş verən
müharibədən sonra da bəzi qərb ölkələri və təşkilatları mina və
partlamamış sursatların tapılıb məhv edilməsində köməklik
göstərəcəklər.
Bu da ölkələrə ikili standartlarla yanaşmanın göstəricisidir”, –
deyə ekspert bildirib.