Torpaq sürüşməsi: qızıl mədəninin lisenziyası ləğv edildi

Torpaq sürüşməsi: qızıl mədəninin lisenziyası ləğv edildi

Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda torpaq sürüşməsi baş verən qızıl mədəninin lisenziyası ləğv edilib.

AzerTimes xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi araşdırmadan sonra belə bir qərar qəbul edib.

Araşdırmalar zamanı sürüşmə baş verən ərazidə tapılan materialın Sabırlı çayına və karxana ərazisinə doğru axması mədənin ekoloji icazəsi və lisenziya şəhadətnaməsinin ləğv edilməsinə səbəb olub.

Xatırladaq ki, fevralın 13-də Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəni ərazisində torpaq sürüşməsi baş verib.

Teqlər: