Torpaq bazarında qiymətlər bahalaşacaq

Torpaq sahələri və fərdi evlərin qiyməti yaz-yay mövsümündə
artacaq.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur
Fərzəliyev deyib.

Torpaq sahələrinə və fərdi evlərə tələbat yaz aylarından
başlayır və avqust ayına qədər davam edir. Bu fəsillərdə hava
mülayim, isti keçdiyi üçün insanlar inşaat işlərinə başlayır və
üç-dörd ay ərzində yekunlaşdıra bilirlər:

“Hər il yaz-yay mövsümündə torpaq sahələrinə tələbat artdığına
görə qiymət artımı da müşahidə olunur. Bakı və Abşeronda tikintiyə
yararlı ərazilər az qalıb. Həmin sahələrin də qiyməti ilbəil
artır”, – E.Fərzəliyev deyib.

Onun sözlərinə görə, pandemiya başlayandan turistik regionlarda
torpaq və ev alanların sayı artıb:

“Pandemiya zamanı qoyulan məhdudiyyətlərə görə insanların həyət
evlərinə meyili artıb. Vətəndaşların bölgələrdə torpaq və ev alması
həmin yerlərdə daşınmaz əmlakın bahalaşmasına səbəb olur”.

Ekspert əlavə edib ki, payıza yaxın torpaq bazarında qiymətlərdə
durğunluq müşahidə olunacaq.

Teqlər: