Topxana meşəsinin bərpası ilə bağlı işlər görülür – Nazir müavini

Xəbər - Samir Əli – Trend:

Qarabağda Topxana meşəsinin bərpası ilə bağlı işlər görülür.

AzerTimes-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ərazilər minalardan tam təmizlənmədiyindən bu istiqamətdə tam bərpa işləri görmək mümkün deyil.

“Hələlik bu ərazilərdə ürəyimiz istəyən işləri görə bilmirik. Çünki ərazilər minalanıb. Təmizləndikcə biz işlər görürük. Bu il işğaldan azad olunmuş ərazilərdə 20 mindən çox ting əkilib, 3 tona yaxın toxum səpilib”, – deyə nazir müavini bildirib.

Teqlər: