Toppuş bacının beynində xərçəng aşkarlandı

Toppuş bacının beynində xərçəng aşkarlandı

Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) səhhətində problem yaranıb.

AzerTimes xəbər verir ki, bu haqda aktrisa Ülviyyə Əliyeva İnstaqramda məlumat verib:

“İki-üç gün əvvəl analizlərin cavabı çıxdı. Toppuş bacının vəziyyəti yaxşı deyil. Artıq xərçəng beynindədir, metastaz verib. Tünzalə üçün hamınızdan dua istəyirəm. Göydə Allah, yerdə peşəkar həkimlərimizin köməyi ilə səhhəti yaxşı olacaq. Bu gün yenidən analiz verdi. Yenidən şüa qəbul edəcək”.

Qeyd edək ki, xəstəlik aktrisanın qara ciyərə yayılıb. Ağ ciyər və sümüklərdə isə qalıb. Aktrisa Milli Ankologiya Mərkəzində müalicə alır.

Teqlər: