1 aydan çoxdur ki, Milli Onkologiya Mərkəzinə yerləşdirilən Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) səhhəti ilə bağlı açıqlama verib.
AzerTimes-ın məlumatına görə, aktrisa Musavat.com-a bildirib ki, yalnız yazmaq imkanı var:
“Ağ ciyərlərimə və ayaqlarıma su yığılıb. Boğulmalarım keçsin, yaxşı olacam. Şükür bu günə. İmmunitetim aşağı olduğundan ziyarətə icazə verilmir”.
Qeyd edək ki, Tünzalə Əliyeva 5 ildir xərçəngdən müalicə alır. Bir müddətdir onun beynində şiş aşkarlanıb