“Toppuş bacı” Qurd qapısı məzarlığında dəfn olunacaq

“Toppuş bacı” Qurd qapısı məzarlığında dəfn olunacaq

Əməkdar artist Tünzalə Əliyevanın dəfn yeri müəyyənləşib.

AzerTimes-ın məlumatına görə, aktrisa Ülviyyə Əliyeva Teleqraf.com-a açıqlamasında Tünzalə Əliyevanın sabah Qurd qapısı qəbiristanlığında dəfn olunacağını açıqlayıb.

Aktrisa onu da bildirib ki, Mədəniyyət Nazirliyi Tünzalə Əliyevanın dəfni ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.

Qeyd edək ki, Tünzalə Əliyeva bu gün saat 12-də Milli Onkologiya Mərkəzində vəfat edib.

Teqlər: