Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin Ukraynaya gəlib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı məlumat verib.
Zalujnı görüş zamanı Radakinə dəstəyinə görə təşəkkür edib.
Bundan əlavə, baş komandan admirali döyüş meydanında vəziyyət, Ukrayna ordusunun hücum və müdafiə əməliyyatları ilə ətraflı tanış edib.