Hollivudun məşhur aktyoru Tom Kruz və Keti Holmsun qızı Suri atasının soyadından imtina edib, nəhayət, məşhur atası ilə əlaqələrini kəsib.
AzerTimes xəbər verir ki, ABŞ mediası Tom Kruzun qızının teatr tamaşalarında Suri Noel adı ilə çıxış etdiyini bildirib.
Qız bununla uzun illər görmədiyi atası ilə ailə münasibəti qurmaq fikrində olmadığını vurğulamaq istəyib.