Amerikalı aktyor Tom Kruz kosmosda ilk filmi çəkmək üçün rejissor Duq Liman ilə bir araya gəlib.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Post” nəşri yazıb.
İlkin məlumatlara görə, aktyor filmi çəkmək üçün Beynəlxalq Kosmik Stansiyaya raketlə gedəcək.
“Plan belədir. Tom və mənim böyük bir layihəmiz var. Kosmik stansiyaya raket çatdırmaq və orada film çəkmək”, – deyə “Universal Filmed Entertainment Group”un sözçüsü Donna Lenqli qeyd edib.
Lenqli filmin böyük hissəsinin Yerdə çəkiləcəyini, sonra isə baş qəhrəmanın kosmosa gedəcəyini açıqlayıb. O, əlavə edib ki, Kruz kosmik stansiyadan kənarda kosmosa çıxan ilk mülki şəxs olacaq.