Hollivud ulduzu Tom Kruz səhvən Böyük Britaniya Baş naziri Rişi Sunakın avtomobilinə əyləşmək istəyib.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
Kruz Londonun Battersi rayonunda helikopterdən düşdükdən sonra avtomobilə əyləşmək istəyib. Qapının açılmadığını görən aktyor səhv etdiyini anlayıb və öz avtomobilinə doğru gedib.
Tom Kruz gülərək Sunakdan üzr istəyib.