Hollivud ulduzu Tom Kruz Parisdə keçirilən Olimpiadanın bağlanış mərasimində performansı ilə yadda qalıb.
AzerTimes xəbər verir ki, o, H.E.R. qrupunun “Ulduzlu bayraq” (The Star-Spangled Banner) mahnısını ifa etməsindən sonra Stad de Frans zirvəsindən meydana enib.
Kameralar binanın yuxarı hissəsindən Kruzun idmançılara tərəf enərkən uçuşunu yayımlayıb. Simona Bayles və Los Anceles meri Karen Bass Kruza 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiada üçün ABŞ-a aparılacaq bayrağı təqdim edib.