Tolstoyun arvadının meyiti tapıldı

Tolstoyun arvadının meyiti tapıldı

Moskvanın mərkəzindəki mənzillərin birində Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun keçmiş həyat yoldaşının meyiti tapılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.

Bildirilib ki, 54 yaşlı Daria Tolstayanın (Evenko) meyiti yanvarın 10-da yatağında tapılıb.

Hadisə yerinə gələn polis əməkdaşları heç bir zorakılıq izi aşkar etməyiblər.

Cütlüyün əvvəllər həmin mənzildə birlikdə yaşadığı bildirilir.

2016-cı ildə boşandıqdan sonra Tolstoy mənzili keçmiş həyat yoldaşına verib.

Onlar 24 il evli olublar, üç övladları var.

Teqlər: