Tokiodakı Olimpiya və Paralimpiya oyunları tamaşaçısız keçirilə bilər

Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları indiki pandemiya şəraitində keçirilə bilər, amma axırda tamaşaçıların idman obyektlərinə girməsi qadağan oluna bilər.

AzerTimes-ın məlumatına görə, bu barədə “Asahi” telekanalının efirində vaksinasiyanın keçirilməsi üzrə məsul nazir Taro Kono bildirib.

T.Kono qeyd edib ki, olar bilər ki, oyunlar tamaşaçısız keçirilsin, çünki bu Olimpiya oyunları bu variantı nəzərdə tutur. Nazir bildirib ki, bu oyunlar adi Olimpiya oyunlardan fərqlənir.

Qeyd edək ki, Tokio Olimpiadasi 24 iyul-9 avqust 2020-ci il tarixlərində keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarışlar bir il təxirə salındı ​​və 23 iyul – 8 avqust 2021-ci il tarixlərində keçiriləcək.

Teqlər: