Tokioda Paralimpiya Oyunlarında dörd yeni koronavirusa yoluxma halı qeydə alınıb

Son 24 saat ərzində Tokio Paralimpiya Oyunlarında dörd nəfərdə koronavirus aşkarlanlb.

Trend “TASS”a istinadən xəbər verir ki, bu barədə Tokio 2020 Təşkilat Komitəsinin hesabatında deyilir.

İdmançılar arasında heç bir yoluxma hadisəsi müəyyən edilməyib. Bildirilir ki, Oyunlarla əlaqəli iki podratçı, bir media nümayəndəsi və bir turnirlə bağlı işçi yoluxub.

Xatırladaq ki, Tokioda keçiriləcək Paralimpiya Oyunları sentyabrın 5-də başa çatacaq.

Teqlər: