Tokioda gündəlik koronavirusa yoluxma rekordu yenilənir

Hazırda Yay Olimpiya Oyunlarının keçirildiyi Tokioda son bir gündə 4,058 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Bununla da ötəngünkü rekord yenilənib.

Trend xəbər verir ki, bu barədə Yaponiyanın paytaxt rəhbərliyinin yaydığı statistik məlumatlarda deyilir


Əvvəlki rekord cümə axşamı günü qeydə alınmışdı – 3,865 yoluxma hadisəsi.