Tokio Rusiyaya qarşı sanksiyalarını gücləndirir

Yaponiya hökuməti Rusiyaya qarşı sanksiyaları üç istiqamətdə
genişləndirmək qərarına gəlib.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş
naziri Fumio Kişida Milli Təhlükəsizlik Şurasının növbəti iclasının
yekunlarına dair xüsusi mətbuat konfransında bildirib.

“Biz Rusiya Federasiyası vətəndaşlarına viza verilməsini
dondururuq, maliyyə institutlarının aktivlərini dondururuq, hərbi
sektorla əlaqəli təşkilatlara malların ixracını məhdudlaşdırırıq”,
– Yaponiya hökumət başçısı bildirib.

O, həmçinin, Yaponiya tərəfinin G7 və beynəlxalq ictimaiyyətlə
sıx təmasda vəziyyətin inkişafına uyğun hərəkət edəcəyini
vurğulayıb.