Son 24 saat ərzində Tokioda keçirilən Yay Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilən 26 nəfərdə koronavirus aşkarlanıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “Tokio-2020″nin təşkilat Komitəsinin Saytında deyilir.
Məlumata əsasən, Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilənlər arasında koronavirusa yoluxanların ümumi sayı 436 nəfərə çatıb.
Bildirilir ki, yeni yoluxanlar arasında idmançı yoxdur.
Qeyd edək ki, “Tokio-2020” Yay Olimpiya Oyunları bu gün başa çatacaq.