Son 24 saat ərzində “Tokio-2020” Yay Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilən 31 nəfərdə koronavirus aşkarlanıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “Tokio-2020″nin təşkilat Komitəsinin saytında deyilir.
Məlumata əsasən, yoluxanlardan biri Yunanıstanlı idmançıdır.
Bildirilir ki, Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilənlər arasında koronavirusa yoluxanma hallarının ümumi sayı 353-ə çatıb.