Son 24 saat ərzində Tokioda keçirilən Yay Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilən 21 nəfərdə koronavirus aşkarlanıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “Tokio-2020″nin təşkilat Komitəsinin Saytında deyilir.
Məlumata əsasən, yeni yoluxanlar arasında idmançılar yoxdur.
Bildirilir ki, Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilənlər arasında koronavirusa yoluxanların ümumi sayı 246 nəfərə çatıb.