Son 24 saat ərzində Tokioda keçirilən Yay Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilən 29 nəfərdə koronavirus aşkarlanıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə “Tokio-2020″nin təşkilat Komitəsinin Saytında deyilir.
Bildirilir ki, Olimpiya Oyunlarının keçirilməsinə cəlb edilənlər arasında koronavirusa yoluxanların ümumi sayı 322 nəfərə çatıb.
Qeyd edək ki, “Tokio-2020” Yay Olimpiya Oyunları avqustun 8-i başa çatacaq.