Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev yarımfinal mərhələsində macarıstanlı karateçi Qabor Harspataki ilə üz-üzə gəlib.
AzerTimes-ın məlumatına görə, R.Ağayev rəqibini 7:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Xatırladaq ki, karateçi qrup mərhələsində 3 qələbə, 1 məğlubiyyətlə 6 xal qazanaraq yarımfinala mərhələsinə yüksəlmişdi.