“Tokio-2020” Yay Olimpiya Oyunları çərçivəsində macarıstanlı Kriştof Milak 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə qızıl medal qazanıb.
AzerTimes-ın məlumatına görə, K.Milak məsafəni 1 dəqiqə, 51,25 saniyəyə qət edib və yeni Olimpiya rekorduna imza atıb.
İkinci yeri yaponiyalı Tomoru Honda (+2,48), üçüncü yeri isə italiyalı Federiko Burdisso (+3,20 tutublar).
Qeyd edək ki, əvvəlki rekord Olimpiya Oyunlarının ən çox titula (23 qızıl, 3 gümüş və 2 bürünc medal) sahib olan idmançısı Maykl Felpsə məxsus olub (1.52,03).