İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev “Tokio-2020”də bürünc medal uğrunda yarışacaq.
AzerTimes-ın məlumatına görə, 100 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən paracüdoçumuz Böyük Britaniya təmsilçisi Cek Hoksona qalib gəlsə də, dörddəbir finalda Van-Gen Çoiyə (Koreya Respublikası) məğlub olub. Rəqib finala yüksəldiyi üçün İ.Zəkiyev təsəlliverici görüşə qatılıb. Yamaykalı Teador Subbaya qalib gələn idmançımız bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi özbəkistanlı Şirin Şaripov olacaq.
Qeyd edək ki, Azərbaycan komandasının hesabında 8 qızıl və 2 bürünc medal var.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.