Tokio-2020: İkiqat paralimpiya çempionu İlham Zəkiyev bürünc medal qazanıb

Azərbaycan para-jüdoçusu İlham Zəkiyev (+100 kq) Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

AzerTimes-ın məlumatına görə, İlham Zəkiyev ilk çıxışda Cek Xodcsonu (Böyük Britaniya) məğlub edərək dörddəbir finala yüksəldi. Dörddəbir finalda İ.Zəkiyev Van-Qyen Çoiyə (Cənubi Koreya) məğlub olub. Təsəlliverici görüşdə Teodor Subbunu (Yamayka) məğlub edərək para-jüdoçusumuz bürünc medal qazanıb – rəqibi Şirin Şaripov (Özbəkistan) diskvalifikasiya olundu.

Qeyd edək ki, Azərbaycanın hesabında hazırda 12 medal var.

Teqlər: