Xəbər - Vüqar İmanov – Trend:
Azərbaycanlı paracüdoçu Şahanə Hacıyeva Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında cüdo üzrə qadınlar arasında 48 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
AzerTimes-ın məlumatına görə, idmançı finalda fransalı paracüdoçu Sandrin Martineni məğlub edib.
Qeyd edək ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində paracüdoçu Vüqar Şirinli də finala vəsiqə qazanıb. Onun finalda rəqibi qazaxıstanlı Anuar Sarıyev olacaq.
Xatırladaq ki, bundan əvvəl azərbaycanlı pauerliftinqçi Pərvin Məmmədov bürünc medal qazanmışdı.
(Tərcümə: Orxan Nəbiyev)