Tokio-2020: Azərbaycan gimnastı Marina Nekrasova mübarizəyə qoşulur

Azərbaycan gimnastı Marina Nekrasova (qadın idman gimnastikası) Tokioda keçirilən yay Olimpiya oyunlarında mübarizəyə başlayır.

Trend xəbər verir ki, qadın bədii gimnastika yarışları 25 iyul – 3 avqust tarixlərində keçirilir. Turnir zamanı fərdi və komandalı çoxnövçülükdə, ayrıca fərdi fənlərdə medallar uğrunda mübarizə aparılacaq.

Bu gün, 25 iyul, seçmə mərhələsinin yarışları baş tutacaq.

Qeyd edək ki, Marina Nekrasovanın Olimpiadaya qazandığı lisenziya Azərbaycan qadın idman gimnastikası tarixində ilk olub.

Teqlər: